Bakıdakı intensiv yağışların fəsadları - Ən çox bu rayonlara ziyan dəyib

Mart–aprel aylarında intensiv və təkrarlanan yağıntılar nəticəsində Bakı şəhərində genişmiqyaslı daşqın və subasma hadisələri baş verib. Bu proses xüsusilə aşağı relyefli və drenaj sistemi zəif olan rayonlarda daha kəskin müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev məlumat verib.
Onun sözlərinə görə, ən çox zərər çəkən rayonlardan biri Binəqədi rayonu olub. Burada səthi axının sürətlə artması nəticəsində küçələr və yaşayış massivləri su altında qalıb, nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. Sulutəpə və Binəqədi qəsəbələrində subasma hadisələri təkrarlanan xarakter daşıyıb.
Xəzər rayonu da daşqın və subasmanın intensiv müşahidə olunduğu ərazilər sırasındadır. Şüvəlan, Buzovna və Mərdəkan qəsəbələrində sahilyanı yerləşmə və zəif drenaj səbəbindən suyun uzun müddət qalması müşahidə edilib. Bu ərazilərdə fərdi yaşayış evləri və həyətlər ciddi zərər görüb.
Sabunçu rayonunda (Zabrat, Maştağa, Balaxanı) daşqın və subasma daha çox lokal xarakter daşısa da, geniş sahələrdə təkrarlanıb. Bu rayonlarda əsas problem suyun qeyri-bərabər paylanması və bəzi ərazilərdə yığılması olub.
Suraxanı rayonunda (Əmircan, Bülbülə, Qaraçuxur) subasma əsasən köhnə kanalizasiya sistemlərinin yüklənməsi nəticəsində baş verib. Bu ərazilərdə küçələrdə suyun uzun müddət qalması müşahidə olunub.
Qaradağ rayonunda yerləşən Lökbatan qəsəbəsində isə çökək relyef səbəbindən suyun toplanması maksimum səviyyəyə çatıb, magistral yollar belə su altında qalıb.
Ümumilikdə, ölkə üzrə məlumatlara görə, bu hadisələr nəticəsində yüzlərlə insan evlərini tərk etməyə məcbur olub, yalnız Bakı daxilində isə onlarla insanın təxliyəsi həyata keçirilib.(Azərtac)
"Yol bərbad gündədir" - Sakinlər çətin vəziyyətdə - VİDEO
Pulun 3 faizini ödə, sənədsiz evə çıxarış al - Deputatın bu təklifi ilə...
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü










