Beş ildir evsiz qalan sakinlər: "Bizi aldadıblar" - VİDEO

Bakının Nərimanov rayonunda bir qrup sakin pilot layihə çərçivəsində sökülən evlərinin əvəzində illərdir mənzillə təmin olunmadıqlarını iddia edir.
Avtosfer.az xəbər verir ki, onların sözlərinə görə, 2020-ci ildə tikinti şirkəti ilə qarşılıqlı razılıq əsasında alqı-satqı müqaviləsi bağlanıb.
Razılaşmaya əsasən, sakinlər 24 ay ərzində yeni mənzillərlə təmin edilməli, bu müddətdə isə onlara kirayə pulu ödənilməli idi.
Lakin şikayətçilər bildirirlər ki, nə mənzillər təhvil verilib, nə də kirayə haqları vaxtında ödənilib.
Söhbət paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən və “Olimpus Park” ilə “N-Turan” MMC tərəfindən həyata keçirilən pilot tikinti layihələrindən gedir.
“Binanı nə tikib təhvil verirlər, nə də kirayə pulumuzu vaxtında ödəyirlər. Bizi aldadıblar. Heç kim nə telefona cavab verir, nə də məsuliyyət daşıyır. Bir-birilərinin üstünə atırlar. Bina yarımçıq vəziyyətdədir. Deyirlər ki, köçüb yaşayın, amma orada yaşamaq üçün şərait yoxdur”, – deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda sakinlərin kirayə haqlarının ödənilməsində və tikinti işlərinin aparılmasında yaranan gecikmələrlə əlaqədar şirkət rəhbərliyi ilə görüş keçirilib. Şirkətə kirayə haqlarının vaxtında ödənilməsi və tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması ilə bağlı ciddi xəbərdarlıq olunub.
Daha ətraflı “Baku TV”nin süjetində:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












