“Dayanacaqları bəzi vətəndaşlar bərbad vəziyyətə salır” - Elməddin Muradlı

AYNA-nın Bakıda bir ədəd dayanacaq pavilyonunun quraşdırılmasına 12 min 180 manat xərcləyəcəyi məsələsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu, şəhərdə quraşdırılan, amma istifadəyə yararsız vəziyyətdə olan dayanacaqlar mövzusunu aktuallaşdırıb.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, son bir il ərzində dayanacaqlarla bağlı ciddi işlər görülür.

O qeyd edib ki, yeni dayanacaqlar quraşdırılır, köhnələri yenilənir:
“Dayanacaqlar bəzi hallarda vətəndaşlar tərəfindən bərbad vəziyyətə salınır, AYNA da təmir-bərpa edir. Demək olmaz ki, dayanacaqların hamısı ideal vəziyyətdədir. Hələ də natəmiz, köhnə dəmir parçalarından ibarət dayanacaqlar var. Bunların da dəyişdirilməsinə çox ciddi şəkildə ehtiyac var. Bunu Yerüstü Nəqliyyat Agentliyi bilir. Onların yerini də müəyyənləşdiriblər. Sadəcə, böyük maliyyə vəsaiti tələb olunur. Maliyyə məsələsi həll olunsa, dayanacaqları yeniləmə mümkün ola bilər. Mənzil - Kommunal Təsərrüfat Birliyinin əməkdaşları Yerüstü Nəqliyyat Agentliyi ilə qarşılıqlı şəkildə işləməlidirlər ki, fəaliyyət effektiv olsun, təmizlik vaxtında aparılsın. Əslində aparılır, sadəcə, bəzən natəmizlik hiss olunur. Vətəndaşlar çox bərbad vəziyyətə salırlar. Bunu açıq şəkildə demək lazımdır. Oturacaqlara ayaqlarını qoyurlar, təpiklə, yumruqla vururlar, siqaret közü ilə divarlara, şüşələrə ziyan vururlar. Belə neqativ hallar baş verməkdədir”.
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA












