Havanın çirklənməsi insult və infarkt riskini dərhal artırır

Havanın tərkibində olan gözlə görünməz mikroskopik toz hissəcikləri (PM2.5) tənəffüs yollarından birbaşa qana keçərək 24 saat ərzində insult və infarkt riskini yüksəldir. Avtosfer.az "Redaktor.az"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Münxen Helmlolts Mərkəzinin kardioloq alimlərinin hesabatında deyilir. Tədqiqat "The Lancet Planetary Health" jurnalında dərc edilib. Alimlər sənaye və sıx avtomobil hərəkəti olan bölgələrdə yaşayan insanların xəstəxanalara təcili müraciətlərini analiz ediblər. Məlum olub ki, havada dəm qazı və mikrohissəciklərin miqdarı normanı keçdikdən cəmi bir neçə saat sonra ürək-damar tutmalarının sayı pik həddə çatır. Mikroskopik tozlar ağciyərlərdən qan dövranına daxil olaraq damarların daralmasına, qanın qatılaşmasına və trombların (qan laxtalarının) yaranmasına səbəb olur. Bu isə xüsusilə yaşlı və xroniki xəstəliyi olan şəxslərdə qəfil ürək dayanması və ya beyin qanaması riskini reallaşdırır. Mütəxəssislər ekoloji çirklənmənin yüksək olduğu günlərdə risk qrupuna daxil olan şəxslərə açıq havada uzun müddət qalmamağı və qoruyucu maskalardan istifadə etməyi tövsiyə edirlər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












