Kişilərin evlilikdən qaçış səbəbi BU İMİŞ – Öz dillərindən etiraf

Ailə və evlilik anlayışı əvvəlki nəsillərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib. Həyatın əsas mərhələlərindən biri hesab edilən evlilik artıq gənclər üçün mütləq məqsəd kimi qəbul olunmur. Son vaxtlar isə oğlanlar arasında daha qabarıq şəkildə evlilikdən qaçış müşahidə olunur. İlk baxışda kişilərin evliliyə meyl göstərməməsinə iqtisadi çətinlik, evsizlik, işsizlik səbəb kimi göstərilsə də, daha dərin qatlarda bu sadalananların “üz qabığı” bəhanələr olduğu məlum olur.
Avtosfer.az-ın məlumatına görə, "Bizim.Media"nın bu problemlə bağlı sosial şəbəkələrdə apardığı sorğudan belə məlum oldu ki, kişilərin böyük əksəriyyəti sadəcə müasir qızlardan qorxur.
Çünki yeni nəsil qızlar, oğlanın ailəsi ilə yola getmir, sosial şəbəkələrdən aktiv və istədiyi kimi istifadə edir, qadınlar arasında xəyanətə meyillilik artıb, ev işlərini görməkdən uzaqdırlar və s. Ona görə də əksər gənclər başqa ölkənin qadınları, ya da aradakı yaş fərqinə əhəmiyyət vermədən əvvəlki nəsildən olan daha məsuliyyətli qadınlarla evlənməyə üstünlük verirlər.
Digər əsas səbəbdən biri də gənc qızların ailə qurarkən artıq boşanma haqqında düşünməsidir.
Bəzi qızların planlı şəkildə aliment və ya digər mal varlığının bölünməsini öncədən düşündüyü üçün kişilər ailə qurmaqdan ehtiyat edirlər.
“Evlilik baha, zina ucuz” deyənlər də gənclər arasında az deyilmiş. Gənc kişilər toy xərclərinin indiki zamanda həddən artıq baha olduğunu, lazımsız adətlərin pul qoparmaq üçün təşkil olunduğunu deyirlər. Buna görə də “vətəndaş nikahı” ilə, yəni rəsmi nikah və toy olmadan birgə yaşayışa üstünlük verirlər.
Yeni nəsil gənclərin evlilikdən daha bir qaçış səbəbi komfort zonasından çıxmamaq istəyidir.
Xüsusilə işi, evi, ümumilikdə maddi imkanı və rahatlığı yerində olanlar dinc həyatını pozmaq istəmirlər. Yeni insan, yeni xarakter və müştərək həyatı riskli hesab edirlər.
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












