Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!

Son günlər sosial şəbəkələrdə müxtəlif dövlət qurumlarında maaşların gecikdirildiyi barədə məlumatlar yayılır. Bu isə işçilər arasında narazılığa səbəb olmaqla yanaşı, əmək münasibətləri məsələsini yenidən gündəmə gətirib.
Qanunvericilikdə əmək haqqının gecikdirilməsi ilə bağlı konkret qaydalar müəyyən edilib. Bəs belə hallarda işçilər hansı hüquqlara malikdir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Bakupost”a açıqlamasında əmək hüququ üzrə ekspert Etibar Qarayev bildirdi ki, maaşın verilmə müddəti Əmək Məcəlləsində dəqiq şəkildə tənzimlənir.
Onun sözlərinə görə, təcrübədə bəzən işəgötürənlər istehsalat və ya ümumi fəaliyyətlə bağlı səbəbləri əsas gətirərək əmək haqqının verilmə müddətini pozur və nəticədə ödənişlər gecikir:
"Əmək Məcəlləsində isə bu hal dəqiq tənzimlənir və qeyd olunur ki, əgər əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikirsə və bu hal əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində əlavə ödəniş verilməlidir".
E.Qarayev qeyd edib ki, burada iki məqama diqqət yetirmək lazımdır:
1. Əmək mübahisəsinin yaranmaması – yəni tərəflər arasında məhkəmə mübahisəsi yoxdur və məsələ əmək qanunvericiliyinə uyğun şəkildə həll olunur. Başqa sözlə, tərəflərdən heç biri digərini məhkəməyə verməyib.
2. İşəgötürənin təqsiri anlayışı – əmək haqqının gecikməsi işəgötürənin hərəkəti və ya hərəkətsizliyindən asılı olmalıdır. Əmək Məcəlləsinə əsasən bu, əmək haqqının vaxtında hesablanmaması, müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması, eləcə də işəgötürənin iradəsindən və imkanından asılı olan digər hallarda əmək haqqının vaxtında ödənilməməsi kimi başa düşülür. Məsələn, bank tərəfindən qanunvericilik tələblərinin pozulması və ya əməliyyatların gecikdirilməsi kimi işəgötürəndən asılı olmayan hallar baş verərsə, bu zaman işəgötürənin təqsiri hesab olunmur".
Hüquqşünas sonda əlavə edib ki, maaşın gecikdirilməsi işçilərin hüquqlarının pozulmasıdır və belə hallarda işəgötürən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır:
"Belə vəziyyətlə üzləşən işçilər isə Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər".
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












