Pensiyaçılara ŞAD XƏBƏR

Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşların real ehtiyaclarını nə dərəcədə qarşıladığı sual doğurur.
Bəs, orta pensiya məbləği artırıla bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, cəmiyyətdə təqdim olunan rəqəmlərlə bağlı yanlış təsəvvür formalaşmamalıdır.
Onun sözlərinə görə, açıqlanan göstəricilər minimum pensiya deyil, orta statistik məbləğdir:
“Bu rəqəmlər bütün pensiyaçıların aldığı konkret məbləği əks etdirmir. İş stajı və fərdi göstəricilərdən asılı olaraq pensiyalar dəyişir və bu da orta rəqəmi yüksəldir. Vətəndaş üçün vacib olan orta pensiyanın artması yox, həmin vəsaitin gündəlik xərcləri qarşılaya bilməsidir. Kommunal ödənişlər, ərzaq məhsulları, xüsusilə, yaşlı insanların dərman və müalicə xərcləri artır. Əgər pensiya artımı bu xərcləri kompensasiya etmirsə, real faydası məhdud olur.”
Günay Hüseynova əlavə edib ki, gəlir artımlarında faiz prinsipi bərabərsizliyi daha da dərinləşdirə bilər:
“Əgər biri 430 manat, digəri isə 1500 manat gəlir əldə edirsə, faizlə artım yüksək gəlirli şəxslərə daha çox üstünlük verir. Bu isə sosial balansı pozacaq. Bir çox ölkələrdə pensiya artımı ilə paralel olaraq əlavə sosial dəstək mexanizmləri də tətbiq olunur. Məsələn, Türkiyədə 65 yaşdan yuxarı şəxslər üçün şəhərdaxili nəqliyyat pulsuzdur. Şəhərlərarası nəqliyyat və hava daşımalarında isə xüsusi endirimlər mövcuddur. Bu yanaşma pensiyaçıların xərclərini azaltmağa xidmət edir. Pensiyanın artacağı xəbəri yayılanda bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur. Halbuki, alıcı kütləsi yalnız pensiyaçılardan ibarət deyil.”
Beləliklə, ekspertin qənaətinə görə, pensiyaların artırılması ilə yanaşı, sosial xərclərin azaldılması və əlavə güzəşt mexanizmlərinin tətbiqi daha effektiv nəticə verə bilər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












