Qısamüddətli kurslar və ali təhsil: Əmək bazarında hansı daha üstündür? – Ekspertdən AÇIQLAMA

Müasir dövrdə sürətlə dəyişən əmək bazarı insanları daha qısa müddətdə peşə bacarıqları əldə etməyə yönəldir. Bu səbəbdən müxtəlif sahələr üzrə təşkil olunan qısamüddətli kurslar getdikcə daha çox populyarlıq qazanır. İnsanlar uzun illər ali təhsil almaq əvəzinə daha praktik və tez nəticə verən təlimlərə üstünlük verirlər. Xüsusilə tibb, kosmetologiya və texniki istiqamətlər kimi məsuliyyət tələb edən sahələrdə belə kursların sayı artmaqdadır.
Lakin bu tendensiya ilə yanaşı müəyyən suallar və narahatlıqlar meydana çıxır. Hər bir kursun verdiyi bilik və bacarıqların keyfiyyəti və bu sahələrdə peşəkar fəaliyyət üçün kifayət edib-etməməsi geniş müzakirə məsələsidir. Xüsusilə insan sağlamlığı və təhlükəsizliyi ilə birbaşa əlaqəli olan sahələrdə bu məsələlər daha həssas yanaşma tələb edir.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, elə peşələr və vəzifələr var ki, onların arxasında mütləq güclü və formal təhsil dayanmalıdır:

“Məsələn, tibb sahəsində işləmək istəyənlər dünyanın hər yerində ali təhsil almalı, daha sonra rezidentura mərhələsini keçməli, imtahanlar verməli və tibbi sertifikasiyadan keçməlidirlər. Eyni vəziyyət mühəndislik, müəllimlik kimi sahələr üçün də keçərlidir. Yəni, xüsusilə dövlətin işəgötürən olduğu və yüksək məsuliyyət tələb edən sahələrdə ali və rəsmi diplom əsas şərtlərdən biridir. Məsələn, dövlət qulluqçusu olmaq istəyənlər üçün bu tələb açıq şəkildə mövcuddur. Özəl sektorda isə bu cür sərt məhdudiyyətlər hər zaman olmur. Şirkətlər çox zaman namizədin real bacarıq və biliklərinə üstünlük verirlər. Bu bacarıqlar isə həm formal, həm də qeyri-formal təhsil yolu ilə əldə edilə bilər. Bununla yanaşı, elə sahələr də var ki, burada diplomdan çox praktik bacarıqlar ön plana çıxır. Xüsusilə xidmət, servis, kompüter və müxtəlif texniki avadanlıqlarla bağlı işlərdə əsas tələb həmin alətlərdən istifadə bacarığıdır. Peşə kursları bu bacarıqları daha çevik və qısa müddətdə qazandırmaq baxımından effektiv ola bilir. Bu kurslar bir aylıqdan başlayaraq altı aylıq, hətta bir-iki illik proqramlar şəklində təşkil oluna bilər. Belə istiqamətlərə orta texniki sahələr, müxtəlif avadanlıqların istifadəsi, maşın təmiri, çilingərlik, tibbi avadanlıqlarla işləmə, alternativ enerji, kənd təsərrüfatı və mexanikləşmə kimi sahələr daxildir. Əslində peşə məktəbləri də formal təhsil təqdim edir, lakin peşə kursları bu bilikləri daha qısa müddətdə öyrətmək imkanı yaradır. Burada onu da qeyd etmək vacibdir ki, universitet anlayışı universal, yəni ümumi bilik vermə prinsipinə əsaslanır. Bakalavr təhsili sahə üzrə ümumi baza formalaşdırır, daha dərin və spesifik ixtisaslaşma isə magistr mərhələsində həyata keçirilir. Sonrakı ixtisaslaşma isə artıq fərdin öz seçimindən və inkişaf istiqamətindən asılı olur. Nəticədə, istər formal ali təhsil, istərsə də qeyri-formal peşə təhsili olsun, əsas məqsəd əmək bazarında özünə layiqli yer tapmaqdır. Əgər bu məqsədə nail olunursa, deməli seçilmiş yol uğurlu hesab edilə bilər”.
Nurcan Babək
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












