Sosial şəbəkələr dil normalarının ən çox pozulduğu məkandır – MÜTƏXƏSSİS

Son illərdə Azərbaycan dilinin qorunması və düzgün istifadəsi məsələsi yenidən diqqət mərkəzinə çevrilib. Xüsusilə media mühiti, televiziya proqramları və sosial şəbəkələrdə dil normalarına əməl olunmaması tez-tez müzakirə olunur.
Efirlərdə aparıcıların nitqi, istifadə olunan ifadələr və sualvermə tərzi dil mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi hallarda məişət üslubunun publisistik dilə təsiri, qeyri-dəqiq ifadələr və norma pozuntuları diqqətdən qaçmır. Bu isə geniş auditoriyaya təsir göstərərək dilin düzgün istifadəsi ilə bağlı problemlər yaradır. Rəqəmsal platformaların geniş yayılması ilə dilə münasibətdə yeni çətinliklər ortaya çıxıb. Sosial şəbəkələrdə orfoqrafik və qrammatik səhvlər, durğu işarələrinin düzgün işlədilməməsi və yad sözlərin çoxluğu dilin saflığına mənfi təsir göstərir. Bu mühitdə yayılan yanlış nümunələr xüsusilə gənc nəsil üçün risk yaradır.
Mövzu ilə əlaqədar Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilinin saflığı hər zaman aktuallığını qoruyan bir məsələdir. Dilin saflığı onun zənginliyini, orijinallığını qorumaq və xarici sözlərin qarşısını almaq, dil normalarına əməl etmək məqsədi daşıyır:

“Ana dili ilk növbədə öz daxili imkanları hesabına inkişaf etdirilməli və zənginləşdirilməlidir. Alınma sözlərə ehtiyac minimuma azalmalıdır. Canlı efirdə aparıcıların nitq mədəniyyəti və ədəbi dil normalarına əməl etməsi mühüm əhəmiyyət daşıyır. Burada sualvermə mədəniyyəti, məişət üslubun publisistik üsluba təsiri əsas məsələdir. Müasir dövrdə rəqəmsal mühit və sosial şəbəkələr əsas ünsiyyət vasitəsinə çevrilib. Lakin bu platformalarda Azərbaycan dilinin düzgün tətbiqi və istifadəsi ilə bağlı bəzi problemlər mövcuddur. Rəqəmsal mühitdə ana dilinin qorunması üçün hər kəs məsuliyyətli davranmalı, dilimizin inkişafına və zənginləşməsinə töhfə verməlidir.
Qloballaşma və rəqəmsallaşma şəraitində xarici təsirlər get-gedə artıb və normadan yayınmalar çoxalıb. Sosial media normativ pozuntuların sürətlə yayıldığı məkana çevrilib. Mediada alınma terminlərin və yeni ifadələrin qeyri-dəqiq işlənməsi funksional dəqiqliyi zəiflədir. Sosial şəbəkələrdə və bəzi media resurslarında orfoqrafiya və sintaktik normalara, durğu işarələrinin işlənməsinə riayət səviyyəsi o qədər də qənaətbəxş deyil. Bəzən də qrammatik səhvlərə yol verilir. Bu isə gələcək nəsillərin dil biliklərinin zəifləməsinə səbəb ola bilər”.
Nurcan Babək
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












