Sürücülərin günü-gündən artan aqressiyası - EKSPERTDƏN XƏBƏRDARLIQ

Avtobus sürücülərinin yolboyu sərnişinlərlə tez-tez qarşıdurmaya girməsi narazılıq yaradır. Çox vaxt bu aqressivlik onların uzun iş saatları və ağır iş yükü ilə bağlı olur. Sürücülər həm vaxt təzyiqi, həm də sərnişinlərin tələbləri arasında sıxılırlar.
Bəs nəqliyyat sistemi bu vəziyyəti necə tənzimləyə və ya sürücülərin iş şəraitini həm yaxşılaşdıra, həm də sərnişinlərin təhlükəsizliyini qoruya bilər?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Medianews"a açıqlamasında bildirib ki, gələn ildən Azərbaycanda “Brutto müqaviləsi” adlanan yeni sistem tətbiq olunacaq. Onun sözlərinə görə, layihə AYNA tərəfindən hazırlanıb və beynəlxalq təcrübədə də geniş istifadə edilir.
Ekspert hesab edir ki, bu sistem sürücülərin iş və istirahət rejiminin tənzimlənməsində mühüm rol oynayacaq:
“Hazırkı vəziyyətdə bəzən görürük ki, sahibkarlar bu məsələdə ləng davranırlar. Doğrudur, artıq bəzi sahibkarlar işlərini səmərəli şəkildə düzüb qoşublar. Lakin bir çoxu hələ də köhnə qayda ilə işləməyə çalışır ki, bu da sürücülərin iş və istirahət rejiminin, eləcə də əmək qanunvericiliyinin pozulması ilə nəticələnir. Bu da müəyyən aqressiv davranışlara səbəb ola bilər. Bunu heç kim inkar edə bilməz. Qarşısı alınmasa, daha ciddi problemlər yarana bilər.”
E.Muradlı vurğulayıb ki, nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir:
“Bu sahədə bir az tələsmək lazımdır. Nəzarət güclənməli, planlı tədbirlər həyata keçirilməlidir. Sürücülərin iş və istirahət rejimi normaya uyğun təşkil olunsa, sərnişindaşıma ilə məşğul olan avtobus və taksilərdə də iş prinsipi qaydalara uyğun olacaq. Bu zaman aqressiv münasibətlərin də aradan qalxacağını düşünürəm. Qanun insanların iş saatlarını müəyyən edir və buna əməl olunmalıdır.”
Ekspert əlavə edib ki, “Brutto müqaviləsi”nin tətbiqi ilə bu sahədə nəzərəçarpan nəticələr əldə olunacağı gözlənilir.
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










