Üç manat qiyməti olan qripə qarşı ən güclü “silah” – Yox edir!

Kivi son illər sağlam qidalanma tərəfdarlarının ən çox üstünlük verdiyi meyvələrdən birinə çevrilib. Bu meyvə yüksək miqdarda C vitamini ilə seçilir və immun sisteminin gücləndirilməsində mühüm rol oynayır. Mütəxəssislərin sözlərinə görə, kivi tərkibində portağaldan belə daha çox C vitamini ehtiva edə bilir.
Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bu xüsusiyyət isə xüsusilə payız-qış aylarında yayılan qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır. C vitamini immun hüceyrələrinin fəaliyyətini gücləndirərək virusların bədənə daxil olmasının qarşısını qismən alır.
Həkimlər bildirir ki, kivi təkcə qripdən qorunmağa deyil, həm də xəstəlik zamanı sağalma prosesinin sürətlənməsinə kömək edir. Antioksidantlarla zəngin olması sayəsində orqanizmdə iltihabi prosesləri azaldır və ümumi sağlamlığı dəstəkləyir.
Bununla belə, mütəxəssislər qeyd edir ki, yalnız kivi yeməklə qripdən tam qorunmaq mümkün deyil. Sağlam qidalanma, kifayət qədər yuxu və gigiyena qaydalarına riayət etmək də vacibdir.
Qeyd edək ki, bazarlarda kivinin qiyməti mövsümə görə dəyişsə də, hazırda təxminən 2-3 manat arasında satılır və əlçatan meyvələrdən biri hesab olunur.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












