Vətəndaş marketdəki malın “kənd məhsulu” olduğunu necə ayırd edə bilər? – Ekspert AÇIQLADI

Marketlərdə “kənd məhsulu” adı ilə təqdim olunan ərzaqlara maraq son illərdə nəzərəçarpacaq dərəcədə artıb. İnsanlar sağlam qidalanmaya daha çox önəm verdikcə təbii, kimyəvi qatqılardan uzaq və birbaşa istehsalçıdan gəldiyi iddia edilən məhsullara üstünlük verirlər. Bu səbəbdən də rəflərdə “kənddən gələn”, “təbii”, “yerli istehsal” kimi etiketlərlə satılan məhsullar alıcıların diqqətini daha çox cəlb edir. Lakin bazarda bu cür adlandırmaların artması bəzən məhsulların həqiqi mənşəyi ilə bağlı müəyyən sualların yaranmasına səbəb olur.
Müasir ticarət mühitində məhsulun qablaşdırılması, etiket məlumatları və marketinq üsulları istehlakçının seçimində böyük rol oynayır. Bəzi hallarda isə “kənd məhsulu” adı sadəcə satış strategiyası kimi istifadə olunur və məhsulun real istehsal şəraiti ilə tam uyğun olmaya bilər. Bu vəziyyət istehlakçıların daha diqqətli olmasını və aldıqları məhsullar barədə daha çox məlumat əldə etməyə çalışmasını vacib edir. Eyni zamanda, bazarda təbii və sənaye üsulu ilə istehsal olunan məhsulların bir-birinə çox bənzər formada təqdim olunması fərqləndirməni çətinləşdirir.
Mövzu ilə əlaqədar qida mütəxəssisi İlkin Şirinov Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, “kənd məhsulu” termini hüquqi bir termin deyil. Yəni “kənd məhsulu” sözünü hər kəs istifadə edə bilər, istənilən satıcı və satış nöqtəsi bu ifadədən yararlana bilər. Lakin “orqanik” yazılarsa, mütləq şəkildə həmin məhsulun orqanikliyə aid sertifikatı olmalıdır:

“Digər tərəfdən, kənd məhsulları hamısı eyni ölçüdə olmur. Kənd məhsulları bir-birinə bənzəmir və müxtəlif ölçülərdə ola bilər. Məsələn, marketdə satılan tərəvəz və meyvələrə baxsaq, onların çoxu eyni ölçüdə və eyni formada olur. Halbuki kənd məhsulları təbii olduğu üçün belə standart formaya malik olmur. Alma, armud və ya alça kimi meyvələrdə belə fərqlilik açıq şəkildə görünür. Kənd məhsulu adı altında satılan məhsulların özünəməxsus spesifik qoxusu da olur. Məsələn, pomidor və xiyar kimi məhsullarda təbii qoxu hiss olunmalıdır və istehlakçı bunu asanlıqla fərqləndirə bilər. Eyni hal qarpız, yemiş və digər meyvələr üçün də keçərlidir. Lakin bəzi hallarda saxtakarlıq edərək kənd məhsulu adı altında məhsullar satılır. Bu isə istehlakçıda çaşqınlıq yaradır və düzgün qəbul olunmur. Ona görə də belə məhsulların yalnız etibarlı yerlərdən alınması vacibdir. Bəzən müxtəlif yarmarkalar təşkil olunur və “kənd məhsulları yarmarkası” adı verilir. Lakin bu yarmarkalarda hər zaman yalnız kənddən gələn məhsullar satılmır. Bəzi hallarda bu ad sadəcə satış məqsədi daşıyır və kəndlə birbaşa əlaqəsi olmayan məhsullar da təqdim oluna bilər. Bu baxımdan, yarmarkaların hamısını kənd məhsulunun saxtalaşdırıldığı yer kimi qəbul etmək düzgün deyil, amma istehlakçının diqqətli olması vacibdir. Ən doğru seçim isə məhsulları etibarlı və tanınmış yerlərən almaqdır”.
Nurcan Babək
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Yol verən sürücüyə təşəkkür etmək sadəcə nəzakət deyilmiş
Taksi sürücülərinə PİS XƏBƏR: Endirim tətbiq olunmayacaq
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Tramvay xəbərlərindən sonra bu ərazidə evlər bahalaşdı - AÇIQLAMA
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO - YENİLƏNİB
Azərbaycanın bir çox rayonuna yağış və dolu XƏBƏRDARLIĞI
Gücləndirilmiş iş rejimi şəraitində ərazilərdən yağış suları kənarlaşdırılır - ADSEA
İnsan bədəni artıq özünü SOYUDA BİLMİR - Yer kürəsində yeni təhlükə
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə ödəniləcək
Azərbaycanda hava DƏYİŞDİ: Bu tarixədək leysan, dolu...










