18 metrlik nəhəng robot ictimaiyyətə təqdim edildi
Noyabrın 30-da Tokionun yaxınlığında yerləşən Yokohama şəhərində Gundam animasiyasının qəhrəmanı olan hərəkət edən robot ictimaiyyətə təqdim olunub.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, hündürlüyü 18 metr olan robot Yamaşita parkında inşa olunan Gundam Factory kompleksinin bir hissəsini təşkil edir.
Robot baxış platforması rolunu oynayacaq dokun üzərində yerləşdirilib. Dokun yaxınlığında robotun hazırlanması prosesini və onun daxili hissələrini əks etdirən sərgi salonu yerləşir.
Buradakı pavilyonların birində yerləşdirilmiş qurğuda ziyarətçilər müasir texnologiyaların köməyi ilə özlərini Gundam robotunun pilotunun yerində hiss edə bilərlər. Bu zaman görüntünü ötürmək üçün Yaponiyanın Softbank mobil operatorunun 5G şəbəkəsindən istifadə olunur. Bununla yanaşı, kompleksdə tematik kafe, konfrans zalı və animasiya qəhrəmanlarının oyuncaqlarının satıldığı mağaza yerləşir.
Qeyd edək ki, Gundam Factory kompleksinin açılışı cari ilin yayında nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə təxirə salınmışdı.
Kompleksə tamaşaçıların buraxılmasına isə dekabrın 19-dan etibarən başlanacaq. Biletin qiyməti isə 1650 yendən 3300 yenədək (16 dollardan 32 dollaradək) olacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











