“5G” istifadəçilərinin sayı 5 milyonu ötüb

Çinin paytaxtında 5-ci nəsil (“5G”) mobil rabitə şəbəkəsi istifadəçilərinin sayı 5 milyonu keçib. Bu barədə Pekin şəhər hökumətinin kommunikasiya administrasiyası məlumat yayıb. Çində “5G” xidmətləri təklif edən “China Mobile”, “China Unicom” və “China Telecom” operatorları ötən ilin payızından bəri Pekində “5G” şəbəkəsi üçün 44 min baza stansiyası quraşdırıb. İlin sonunadək bu rəqəmin 50 mini ötməsi proqnozlaşdırılır.
Qeyd edək ki, bir müddət əvvəl Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi ilin sonunadək ölkədə “5G” şəbəkəsi üzrə 600 mindən çox baza stansiyasının quraşdırılacağını açıqlayıb. Bu plan yerinə yetiriləcəyi təqdirdə Çində prefekturadan yuxarı səviyyədəki bütün şəhərlər “5G” şəbəkəsi ilə əhatə olunacaq. İlin sonunadək “5G” şəbəkəsini dəstəkləyən 180 milyon smartfonun satılacağı nəzərdə tutulur.
Koronavirus böhranı yanvar-fevral aylarında ölkədə “5G” şəbəkəsi üzrə quraşdırma işlərinə mənfi təsir göstərsə də, mobil rabitə operatorları, habelə sənaye, nəqliyyat, tibb sahələrini əhatə edən şirkətlər işlərin cədvəl üzrə planlaşdırılan qaydada getməsi üçün səylərini artırıb. (AZƏRTAC )
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












