“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

Altıncı nəsil mobil rabitə şəbəkəsi üzrə pilot layihə 2026-cı ildə istifadəyə veriləcək. Bu barədə “BusinessKorea” nəşrinin Cənubi Koreya hökumətinə istinadən məlumatında deyilir. Pilot layihənin işə salınma tarixini nazirlərlə keçirilən görüşdə ölkənin Baş Naziri Çon Se Qyun açıqlayıb. Onun sözlərinə görə, “6G” şəbəkəsinin qurulması qabaqcıl texnologiyaların inkişafına, lazımi standartların təmin edilməsinə və patentlərin qeydiyyata alınmasına əsaslanır. Planın həyata keçirilməsi üçün Cənubi Koreya büdcəsindən beş il ərzində 200 milyon von ayrılacaq. Maliyyələşməyə 2021-ci ildən etibarən başlamaq nəzərdə tutulur.
Baş Nazir qeyd edib ki, hökumətin “6G”nin qurulmasında standartın yüksək məhsuldarlığı və yüksək dəqiqliyinin daxil olduğu 10 strateji vəzifənin həllinə təkid edəcək. Yeni texnologiyalar qeydiyyata alındıqdan sonra 2026-cı ilin əvvəlində hökumət tərəfindən dövlətin hazırkı şəbəkə infrastrukturunun modernləşdirilməsi üzrə layihənin istifadəyə verilməsi planlaşdırılır. Əvvəlcə rəqəmli səhiyyə, immersiv kontent (konfransların məruzəçilərin şəxsi iştirakı olmadan təşkili imkanı), sürücüsüz avtomobillər, “ağıllı” şəhərlər və “ağıllı” istehsal kimi beş əsas sahədə infrastruktur modernləşdiriləcək.
Layihə müəllifləri ümid edir ki, “6G”də məlumat ötürmə sürəti saniyədə 1 terabayta çatacaq ki, bu da “5G” şəbəkəsindən 5 dəfə sürətlidir. Yeni standart siqnalın simsiz üsulla ötürülməsi zamanı 0,1 millisaniyəyədək, simli üsulla isə 5 millisaniyəyədək gecikmə ilə fərqlənəcək. Altıncı nəsil mobil rabitə şəbəkəsi Yer səthindən 10 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. (AZƏRTAC )
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











