ABŞ-da səsdən sürətli sərnişin təyyarəsinin hazırlanması layihəsinə start verilib

ABŞ-ın “Hermeus” kompaniyası səsdən sürətli sərnişin təyyarəsinin hazırlanması layihəsinə ilkin kapitalın cəlb olunduğunu elan edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, kompaniyanın ilk maliyyə tərəfdaşı Kaliforniya ştatında yerləşən “Khosla Ventures” vençur fondu olub. Cəlb edilən ümumi məbləğ və tərəfdaşların sayı barədə məlumat verməyən “Hermeus” yığılan vəsaitin layihələşdirilən təyyarənin güc qurğusunun hazırlanmasına və sınağına yönəldiləcəyini bildirib.
Kompaniyanın məlumatına əsasən, söhbət saatda 6,2 min kilometr sürətlə uça biləcək avialaynerin hazırlanmasından gedir. Bu, məsələn, Nyu-York şəhərindən Londona transatlantik uçuşun müddətini 7 saatdan 1,5 saata qədər azaltmağa imkan verəcək.
“Hermeus” səsdən sürətli ilk təyyarəsinin prototipini təxminən 5 ildən sonra hazırlamağı planlaşdırır. Belə laynerin seriyalı istehsalı isə 8-10 il ərzində baş tuta bilər.
2016-cı ildə ABŞ-ın “Virgin Galactic” və “Boom Technology”, 2018-ci ildə isə “Boeing” korporasiyaları səsdən sürətli sərnişin təyyarəsi hazırlamaq barədə niyyətlərini bildirmişdilər.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












