ABŞ-ın hərbi helikopterləri Səudiyyəyə verildi

Amerika istehsalı olan ilk "MH-60R” çox məqsədli hərbi donanma helikopteri Səudiyyə Ərəbistanı hərbi dəniz qüvvələrinin ixtiyarına verilib. Avtosfer.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi "Tvitter" səhifəsində məlumat yerləşdirilib. Qeyd olunub ki, Səudiyyə ordusunda yüksək döyüş keyfiyyətlərinə malik bu cür helikopterlərin mövcudluğu Krallığın hərbi dəniz qüvvələrinin regiondakı bütün təhdid və çağırışlara qarşılıq vermək imkanını gücləndirəcək. "MH-60R” helikopterlərinin Səudiyyəyə çatdırılmasının qrafika üzrə davam etdiyi bildirilib. ABŞ və Səudiyyə Ərəbistanı arasında 2015-ci ildə imzalanmış 1,9 milyard dollarlıq sazişə əsasən, Pentaqon Səudiyyə donanmasını 10 ədəd "MH-60R” helikopterləri ilə təchiz etməlidir. Onların istehsalı ilə Amerikanın "Lockheed Martin” hərbi-sənaye korporasiyası məşğul olur. Bu helikopterlərin biri 145 milyon dollar dəyərindədir. "MH-60R”lər sualtı qayıq və dəniz piyadaları əleyhinə döyüşlərdə, axtarış-xilasetmə missiyalarında, nəzarət və rabitə tapşırıqlaında, loqistik dəstək və şəxsi heyətin transferində istifadə olunur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











