Aeroportlarda sifətin tanınması sistemi tətbiq ediləcək

Yaxın üç ildə aeroportların təxminən 80 faizi və aviaşirkətlərin 70 faizi sərnişinlərin sifətinin tanınması və biometrik nəzarət sisteminin sınağına başlayacaq. Texnologiyalar pasport yoxlanışı zamanı növbələrin aradan qaldırılmasına və uçuşdan əvvəl yoxlama vaxtının azaldılmasına imkan verəcək. Bu barədə "SITA" analitik şirkətinin məlumatında deyilir. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, biometrik nəzarət sistemlərinə keçid aeroport və aviaşirkətlərdən çoxlu xərc tələb etməyəcək. Bu səbəbdən onların inteqrasiyasının belə sürətli olacağı proqnozlaşdırılır. Şirkətlər videomüşahidə kameralarına sifətin tanınması sistemini tətbiq etməklə bunu həyata keçirə biləcəklər. Texnologiyalar təyyarəyə minmə zamanı pasportlardan imtina etməyə imkan verir: sərnişin qeydiyyatdan onlayn keçir, aeroportda isə o yalnız baqajı təhvil verir, uçuşdan əvvəlki yoxlanış skanerindən keçir və minmə zamanı kameraya baxmaqla şəxsiyyətini təsdiq edir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











