Aerotaksinin sınağı keçirildi

"Airbus" şirkəti Almaniyanın İnqolştadt şəhərində aerotaksinin sınağını keçirib.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, "CityAirbus" adını alan aerotaksi yaxın gələcəkdə hər şeydən əvvəl xüsusi intensiv hərəkətin olduğu şəhərlərdə ənənəvi nəqliyyat vasitəsinə alternativ olacaq.
Yeni nəqliyyat sistemini şəhər bələdiyyəsinin qarşısındakı meydanda nəqliyyat naziri Andreas Şoyer və rəqəmsal texnologiyaların inkişafı üzrə dövlət naziri Doroteya Ber təqdim ediblər.
Pilotsuz uçuş aparatına bənzəyən "CityAirbus"ın 4 oturacağı və 8 pəri var.
Belə taksilərin iri şəhərlərdə, xüsusən də mərkəzdən hava limanlarına hərəkət edəcəyi nəzərdə tutulur.
Aerotaksilər gələcəkdə digər məqsədlərlə də, məsələn, həkimlərin hadisə yerinə daha tez çatdırılması üçün istifadə edilə bilər.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











