Pambıq yığımına birgə hazırlıq başladı - FOTO

Avqusun 25-də "Azərpambiq" ASK MMC-nin Beyləqan rayon filialının traktor parkında Aqrar Xidmətlər Agentliyinin Beyləqan Texniki Nəzarətin Təşkili sektorunun əməkdaşları MMC-nin traktorçu və mühəndis heyəti ilə pambıq yığımı mövsümü yaxınlaşdığını nəzərə alaraq görüş keçirib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, görüşün məqsədi pambığın qısa müddətdə itkisiz yığımının və daşınması zamanı kənd təsərrüfati texnikalarının istismar qaydalarına riayət edilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların dövlət qeydiyyatına alınması və texniki baxışdan keçməyən texnikaların istismarının qadağan olunduğu nəzərlərinə çatdırılıb. Belə ki "Azərpambıq" ASK MMC-yə məxsus olan 54 ədəd müxtəlif traktor və onun qoşqularına dövlət qeydiyyatına alınması üçün müayinə aktı tərtib edilib və bu texnikaların yaxın günlərdə dövlət qeydiyyatına alınması təmin olunacaq.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları texnikaların sahiblərini və sürücülərini bir daha məhsulun yığımı və daşınması zamanı texniki təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Bütün pambıqçılıq rayonlarında belə görüşlər mütamadi olaraq keçiriləcək.
Emin
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
















