Agentlik kənd təsərrüfatı texnikası istifadəçilərini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - FOTO

Aqrar Xidmətlər Agentliyi (AXA) kənd təsərrüfatı texnikası istifadəçilərini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Agentlikdən Avtosfer.az-a bildirilib ki, bəzən fermerlər və mexanizatorlar rayon və kənddaxili yollarda, təsərrüfatlara gedərkən yol yaxınlığı, əraziyə yaxşı bələdlik kimi səbəblərlə yola nasaz texnika ilə çıxır, təhlükəsizlik qaydalarını pozurlar. Təəssüf ki, belə məsuliyyətsiz yanaşmalar qəzalara, insan itkilərinə, ailə faciələrinə səbəb olur. Buna görə də mütəmadi reydlər keçirilir.
Aqrar Xidmətlər Agentliyinin texniki nəzarətin təşkili üzrə əməkdaşları Gəncə şəhəri və Göygöl rayonları ərazisində keçirdikləri reyd zamanı texniki baxışa təqdim olunmayan 2 traktor sürücüsünü saxlayıb, inzibati protokol tərtib ediblər. Bundan başqa, sürücülük vəsiqəsi olmadan texnika idarə edən 2 sürücü saxlanılıb. Həmçinin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülərə də xəbərdarlıq edilib və dövlət qeydiyyat nişanları zavod tərəfindən təyin olunan yerə bərkidilib.
Agentlik texnika sahiblərinə və sürücülərinə bildirir ki, “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq, dövlət qeydiyyat nişanı olmayan, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Namiq Musayev



İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











