“Airbus A320” tarixdə ən çox istehsal edilən təyyarə oldu

“Airbus A320” ümumi istehsalda əsas rəqibi “Boeing 737”ni geridə qoyaraq mülki aviasiya tarixində ən çox istehsal edilən təyyarə oldu.
Avtosfer.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi böyük Britaniyanın Cirium konsaltinq kompaniyasının hesabatına istinadla məlumat yayıb.
Məlumata görə, rekord göstərici növbəti təyyarənin Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkətinə çatdırılması ilə qeydə alınıb. İstifadəsinə başlandığı 1988-ci ildən bəri 12260 ədəd “Airbus A320” təyyarəsi tədarük edilib. Airbus hələlik bu rekordla bağlı şərh verməyib.
“Airbus A320” dar gövdəli orta məsafəli təyyarələr ailəsidir. 1988-ci ildə təqdim edilən “Airbus A320” texnoloji irəliləyiş əldə edərək, pilot əmrlərinin kompüter vasitəsilə ötürülməsinə imkan verən sistemi ilə dünyanın ilk kütləvi sərnişin təyyarəsi olub.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










