“Airbus”ın Çində ilk helikopter zavodu fəaliyyətə başlayıb

Çinin Çindao şəhərində “Airbus” korporasiyasının ilk helikopter yığımı zavodu fəaliyyətə başlayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu, xarici şirkətin Çindəki ilk helikopter zavodu olmaqla yanaşı, “Airbus”ın Avropadan kənarda “H135” helikopterlərinin yığıldığı ilk müəssisəsidir. “Airbus” ilə Çin şirkətinin müştərək müəssisə olan zavodun yaradılması barədə razılaşma 2016-cı ildə əldə olunub. “Airbus”ın yaydığı məlumatda deyilir ki, 6500 kvadratmetr sahəsi olan zavodda yığılacaq ilk helikopter ilin ikinci yarısında təqdim olunacaq. Zavodun ildə 18 helikopter istehsal etməsi planlaşdırılır. Tələbat çoxalacağı təqdirdə, istehsal da artırılacaq. Helikopterlərin əsas komponentləri, o cümlədən fyuzelaj, sürət qutusu Almaniya və İspaniyadan gətiriləcək.
Qeyd edək ki, ikimühərrikli “H135” populyar helikopter modelidir. Ondan təcili tibbi yardım, axtarış və xilasetmə işlərində, hüquq mühafizə orqanlarının əməliyyatlarında, yanğınla mühafizədə və turizm səyahətlərində geniş istifadə olunur. Hazırda dünyada təxminən 1300 ədəd “H135” seriyasından olan helikopter istifadədir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











