“Airbus”un pilotsuz helikopteri ilk uçuşunu edib
Texnologiya
31 İyul 2020 18:25

“Airbus Helicopters” şirkətinin VSR700 pilotsuz helikopterinin prototipi ilk uçuşunu həyata keçirib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
“Airbus Helicopters” şirkətinin baş direktoru Bryuno Evenin sözlərinə görə, VSR700-ün ilk sərbəst uçuşu Fransadakı test mərkəzində təxminən 10 dəqiqə davam edib.
Mütəxəssis bu uçuşun 2021-ci ilin sonuna planlaşdırılan dənizdə sınaqlar üçün böyük addım olduğunu qeyd edib.
Qeyd edək ki, VSR700 6,2 metr uzunluğa malikdir. O, davamlı olaraq 8 saat ərzində 6 kilometrə qədər hündürlükdə qala bilər. Pilotsuz helikopterin maksimal sürəti saatda 80 kilometrdir.
VSR700 dəniz əməliyyatları zamanı hərbi helikopterlərə və dəniz gəmilərinə yardım üçün hazırlanır. (“Report”)
Oxunub : 1668
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 18:15
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
30 Sentyabr 2026 19:39
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
20 Sentyabr 2026 17:53
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
31 May 2026 15:28
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
28 Aprel 2026 23:24
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
ŞƏRH YAZ












