Alimlər dronlara insan kimi düşünə bilməyi öyrədir

Texnologiya 9 Yanvar 2019 23:55 Oxunub 1222
Alimlər dronlara insan kimi düşünə bilməyi öyrədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu elmi-fantastik dronun dəyəri təxminən 5-8 milyon dollar arası olacaq

1950-ci illərdə bəri Kaliforniya Texnologiya İnstitutunun mühəndis və alimləri yer tərəfindən birbaşa təlimat olmadan fəzada işləyə biləcək "ağıllı" robotlar yaratmağa çalışır. Son bir neçə onillik ərzində bu texnologiyaların sürətli inkişaf etdiyini müşahidə etmək mümkündür.

Yaşvant Kumar bu robotlarla işləyir. Onun sözlərinə görə, bu aparatlar Yer-dən göndərilən tapşırıqları necə yerinə yetirəcəyini özləri müəyyən edəcək və əgər bu robotlardan hər hansı biri xarab olarsa digərləri onu ya təmir edə, ya da dəyişdirə biləcək.

"Mərkəzləşdirmə odur ki, bir kompüter hamısını idarə edir və biz də o kompüterə nə edilməli olduğunu deyirik. Ancaq biz hazırda elə etmək istəyirik ki, hər bir robotun özünün kömpüteri olsun və öz qərarlarını özü müstəqil şəkildə verə bilsin." - deyə, Yaşvant Kumar qeyd edib.

Avtosfer.az "Amerikanın səsi"nə istinadən məlumat verir ki, CalTech institutunun professoru Morteza Qarib və onun tələbələrinin əsas məqsədi robotlara insan kimi düşünə bilmək bacarığını öyrətməkdir. "Bizdə tələbələri, professorları və alimləri müşahidə edən kameralar var. Məsələn, onlar deyirlər ki, burada düzəldilməli olan xarab bir şey var. Bu problemi həll etmək prossesidir. Biz dronlara necə düşünmək lazım olduğunu öyrədirik. Biz onlara əzbərləməsi üçün informasiya vermirik. Bu cür robotlar gələcəkdə heç bir kömək almadan işləri görə biləcəklər." - deyə, Kaliforniya Texnologiya İnstitutunun professoru Morteza Qarib bildirib.

Dronları test etmək üçün Kaliforniya Texnologiya İnstitutunun alimləri müxtəlif hava şəraitlərini təqlid etmək üçün fərqli növ külək yarada bilən xüsusi divardan istifadə edir. Bu yolla özü düşünəbilən dron fəlakətin baş verdiyi zaman vəziyyətə nəzarət etmək, qərar qəbul etmək və ya reaksiya vermək kimi testlərdən keçirilir.

Alimlərin qoruyucu dronlar adlandırdığı bu robotlar hələlik sadəcə konsept formasındadır. Ancaq alimlər artıq ölçüsü kiçik avtomobil boyda olan və özü uça bilən təcili tibbi yardım maşını yaratmağa nail ola biliblər.

Bu robot fəlakət zonalarında xilasedicilərin çata bilmədiyi ərazilərdə yaralanmış və ya tələyə düşmüş insanları xilas edə və uçuş zamanı xəstənin həyati əlamətlərinə nəzarət edə biləcək.

Alimlər söz veriblər ki, onlar növbəti iki-üç il ərzində yanğından mühafizə bölməsi tərəfindən istifadə olunacaq hava təcili tibbi yardım maşını hazırlayacaq. Bu elmi-fantastik dronun dəyəri təxminən 5-8 milyon dollar arası olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh