Alimlər: “Kosmosdakı qara dəliklər “gələcəyə pəncərə” ola bilər”

“Physical Review Letters” jurnalında alimlərin kosmosdakı qara dəliklə bağlı yeni məqaləsi dərc edilib. Avtosfer.az “ölkə.az”a istinad’n xəbər verir ki, məqaləyə əsasən, qara dəliyə düşən materiya sinqulyarlığın daxilində izsiz yoxa çıxa bilməz. Ola bilər ki, bu materiya Kainatın uzaq gələcəyinə nəql edilir.
Nisbilik nəzəriyyəsinə əsasən, Kainatda sinqulyarlıqlar, yəni çox yüksək sıxlığı və kütləsi olan nöqtələr var. Bir çox hallarda bu sinqulyarlıqlar qara dəliklərdir.
Bu yaxınlarda alimlər kəşf ediblər ki, qara dəliklər sinqulyar olmaq məcburiyyətində deyillər. Sinqulyarlığın olduğu nöqtədə çox yüksək sıxlığı olan obyekt də ola bilər. Bu obyekt bizim üçün görünməz olan tuneldir və iki müxtəlif məkanı birləşdirir.
Bu ideya günümüzdə kosmoloqlar arasında böyük mübahisələrə səbəb olur. Çünki teoriyanın mövcud olduğunu və ya onu inkar edən heç bir dəlil hələ də tapılmayıb. Hələlik kvant qravitasiyası mövcud olmadığı üçün araşdırmalar aparıla bilmir.
Pensilvaniya universitetinin alimi Xavyer Olmedo və onun həmkarları bu teoriyaya maraqlı izah təklif ediblər. Onların fikrinə görə, qara dəliyin içində materiya ilə bəzi proseslər gedir. Buna görə alimlər ulduz kütləsinin qara dəliyinin daxili strukturunu öyrənməyə çalışıblar. Məlum olub ki, qara dəliyin mərkəzi hissəsi Kainatın digər hissəsi ilə müqayisədə ya keçmişdə, ya da gələcəkdə olur. Qara dəliklər materiyanı udmur, sadəcə onu gələcəyə atır. Onun daxilinə isə hətta işıq sürəti ilə də hərəkət edərək düşmək olmur. Ağ dəliklər kvant tunellərindən ibarətdir. Bu tunellər qara dəliklərin mərkəzini uzaq keçmiş və ya gələcəklə birləşdirir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











