Almaniyada uçan taksi sınaqdan keçirildi - VİDEO

Almaniyada saatda 120 kilometr sürətlə 100 kilometr məsafəyə qədər uçan, dörd nəfərədək sərnişin daşıya bilən taksi sınaqdan keçirilib.
Bu barədə “Travel and Leisure” bildirib.
Qeyd edilir ki, uçan taksilər “CityAirbus” adlanır, onlar məsafədən idarə edilir və elektrik enerjisi ilə işləyirlər.
Yeni ixtiranın yaradıcıları ümid edirlər ki, uçan taksilər yaxın gələcəkdə şəhərlərdə tıxacları keçməyə imkan verərək insanları daşıyacaq.
Hər nəqliyyat vasitəsi dörd pərlə təchiz edilib. Hərəkət üçün sürücü tələb olunmur. Bu, sosial məsafə şəraitində yerüstü taksi qarşısında əhəmiyyətli üstünlükdür. Bütün bunlar bir yana, uçan taksilər praktik olaraq səssizdir.
Yeni ixtiranın ilk sınaq uçuşu 2019-cu ilin dekabrında keçirilib və müvəffəqiyyətlə başa çatıb. Lakin uçan taksilərin nə vaxt istismara veriləcəyi ilə bağlı hələ dəqiq vaxt yoxdur. (“Report”)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











