Alpina dizel mühərrikli M340 modeli üçün tüninq proqramı hazırlayıb

Texnologiya 6 May 2020 16:00 Oxunub 1416
Alpina dizel mühərrikli M340 modeli üçün tüninq proqramı hazırlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Almaniyada Alpina sedanını 70.5 min avroya, universalını isə 71.9 min avroya almaq olar

Buxloedə yerləşən Alpina şirkəti dizel mühərriki ilə təchiz edilən BMW M340 sedan və universalı üçün hazırladığı təkmilləşdirmələr paketini təqdim edib. Buxloyedə hazırlanmış sedan və universal daha güclü mühərrikə sahib olsalar da, onların dinamikası dəyişilməz qalıb. Səbəb isə, artmış çəkidir.

Sedan kuzovu olan Alpina D3 S modeli sıfırdan 100 km/saat həddinə standart BMW M340d model eyni vaxta - 4,6 saniyəyə sürətlənir. Universal kuzovlu variant isə buna 4,8 saniyə sərf edir. Dinamikanın artmamasının səbəbi isə, Alpina modelinin standart modeldən 55 kiloqram ağır olmasıdır. BMW M340d modelinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılsa da, Alpina D3 S modeli kuzov növündən asılı olaraq, 270 və ya 273 km/saata qədər sürətlənmək iqtidarındadı.

 

Alpina şirkəti orta dövrələrdə daha çox fırlanma anı hasil edən və gücü 355 at qüvvəsinə (+15 at qüvvəsi) qədər atrılımış 3,0-litrlik turbodizeli təklif edir. Bundan əlavə, D3 S modeli sürətlənmənin ilk saniyələrində 11 at qüvvəsi artım verən kəmərli startyor-generatoru ilə təchiz edilmiş ilk Alpina avtomobili olub. Bundan başqa, Alpina D3 S modeli ön oxu qoşan gücləndirilmiş muftanı, arxa diferensialın elektron kilidlənməsini və 8-pilləli avtomatik ötürmələr qutusunu əldə edib.

Alpina D3 S modeli standart modeldən radiator barmaqlığının naxışı, bamper örtükləri, həmçinin 19 və ya 20 düymlük təkər diskləri ilə fərqlənir. Eyni zamanda, Alpina D3 S modeli adaptiv amortizatorlara, adaptiv sükan mexanizminə, Eibach yaylarına, öndə 395 millimetrlik diskləri olan dörd porşenli, arxada isə 345 millimetrlik diskləri olan tək porşenli əyləc mexanizmlərinə sahib olub.

Almaniyada Alpina sedanını 70.5 min avroya, universalını isə 71.9 min avroya almaq olar. Müqayisə üçün, BMW M340d modelinin qiyməti 64,5 min avro təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh