“Amazon” yeni nəsil “ağıllı” eynək buraxıb

ABŞ-ın "Amazon" şirkəti "Amazon Echo Frames" adlı yeni nəsil "ağıllı" eynək buraxıb. Aksesuarda səsin keyfiyyəti yaxşılaşdırılıb və yeni akkumulyator sayəsində avtonom iş vaxtı uzadılıb.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, eynək birinci nəsillə müqayisədə bir dəfə tam enerji ilə doldurulmaqla 40 faiz daha çox işləyir. Yeni qurğu "Android" və "iOS" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonlarla uyğunluq təşkil edir. Həmçinin qoşulma "Bluetooth" vasitəsilə həyata keçirilir. "Ağıllı" aksesuar musiqi nömrələrini səsləndirir, həmsöhbətin səsini translyasiya edir. Bundan başqa, səs ucalığı kənar səsin səviyyəsindən asılı olaraq avtomatik tənzimlənir. Həmçinin mikrofon, hadisələr və məlumatlar haqqında bildiriş dəstəyi və VIP filtrlər kimi yeni funksiyalar əlavə olunub. Eynəyə göz həkimi tərəfindən təyin edilən dioptriyaya uyğun linzalar quraşdırmaq mümkündür.
Hazırda yeni qurğu üçün 250 dollara ilkin sifarişlər qəbul edilir. Öz növbəsində birinci nəsil eynək istifadəçiləri yeni eynəyi 70 dollara əldə edə bilərlər.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












