Aqrar sektorda innovativ yenilik - VİDEO
Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzi Astara Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə xəstəliklərə və zərərvericilərə qarşı mübarizə sahəsində yeni innovativ üsullardan istifadənin mümkünlüyünü nümayiş etdirib. “Report”un verdiyi xəbərə görə, bu məqsədlə sitrus bağında aqrodronun təqtbiq edilməsi ilə dərmanlama işi həyata keçirilib. Bir neçə fermerə yeni müasir texnologiyalardan istifadənin üstünlükləri izah olunub.
Qeyd edilib ki, belə aqrodronlardan traktor və digər texnikaların hərəkət edə bilmədiyi dağ yamaclarında istifadə etmək çox rahatdır. Lənkəran Regional Aqrar Elm və innovasiya Mərkəzinin rəhbəri Teyyub Rzayevin sözlərinə görə yeni innovativ texnologiyaların tətbiqi məhsulun maya dəyərini aşağı edir, çəkilən xərci azaldır və istənilən nəticəni almaq mümkündü: "Ölkə ərazisində bu cür sınaqlar pambıq və qarğıdalı sahələrində də uğurla keçirilib. Bu dronlar təkcə dərman səpmək üçün deyil. Böyük sahələrdə torpağın xəritəsini çəkmək, sahədə xəstəliklərin olduğu əraziləri müəyyən etmək və.s"
Mərkəzin direktorunun sözlərinə görə bu işləri ilk addım saymaq olar. Gələcəkdə yəqin ki, daha çox tutumlu dronların tətbiqi də mümkün olacaq. Fermerlər bu yeniliklərin üstünlüklərinə şahid olduqca hər biri öz təsərrüfatında belə bir texnologiyanın tətbiqinə can atacaqlar.