Aqrodronlar tezliklə kənd təsərrüfatının ayrılmaz hissəsinə çevriləcək - FOTO

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialının innovasiya təsərrüfatında aqrodronların kənd təsərrüfatında tətbiqinin üstünlükləri nümayiş olunub. Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin, “MKT İstehsalat Kommersiya” MMC-nin nümayəndələrinin və fermerlərin iştirak etdiyi tarla günündə aqrodronlar, onlardan istifadə barədə geniş məlumat verilib.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Bəhruz Nəzərov bildirib ki, inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında dronlardan geniş istifadə olunur. O, fermerlər üçün kənd təsərrüfatı işlərini xeyli asnlaşdıran bu avadanlıqların üstünlüklərindən danışaraq deyib: "Kənd təsərrüfatında dronlardan istifadə fermerlərə izafi xərclərin azaldılması, bunun hesabına təsərrüfatın gəlirlərini artırmaq, əkin altında olan sahələrə baxış keçirmək, ümumi vəziyyəti araşdırmaq, becərilən sahə haqqında daha tez, operativ, dəqiq qərar qəbul edərək, dərhal mübarizə və profilaktika tədbirlərinə başlamaq, bütünlükdə tam sahəni deyil, xəstəlik və zərərvericilərlə sirayətlənmiş ərazidə mübarizə tədbirləri həyata keçirmək baxımından əhəmiyyətlidir. Bundan başqa suvarılan sahələrdə texnikaların hərəkəti mümkünsüz olur. Belə şəraitdə fermerlər zərərverici və ya xəstəliklərlə mübarizə aparmaq üçün sahələrin qurumasını gözləyirlər ki, nəticədə məhsuldarlıq aşağı düşür. Aqrodronlar vasitəsi ilə isə bu cür problemlərin həlli çox asanlaşır. Bitkilərin vegetasiya müddətinin sonlarına yaxınlaşdıqca, əraziyə texnikaların və aqreqatların daxil edilməsi demək olar ki, mümkünsüz olur. Bitki yanlara budaqlanır, həmçinin boy atır. Buna görə də texnikaların sahəyə daxil olması nəticəsində bitkinin bütün orqanlarda, əsasən də bar orqanlarında zədələnmələr və tökülmələr müşahidə olunur. Aqrodronların hesabına bu məsələlərdə də zərərsiz olaraq vəziyyətdən çıxa bilərik. Bütün bunları nəzərə alaraq demək olar ki, ən qısa zamanda aqrodronlar kənd təsərrüfatının ayrılmaz hissəsinə, əvəzolunmaz bir alətinə çevriləcək, aqrar sahə mütəxəssislərinin, aqronomların, fermerlərin yaxın dostu olacaq".

İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











