Artıq sərnişinləri sürücüsüz avtobuslar daşıyacaq

Çinin Hubey əyalətinin Uhan şəhərində "Lunlinşan" ekoloji parkının ərazisində ictimai istifadə üçün ilk sürücüsüz mikroavtobus sınaq rejimində işə başlayıb. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, mikroavtobus kiçikdir, onun 5 metr uzunluğu və 2 metr eni var. Nəqliyyat vasitəsi 8 oturacaqlıdır. Nəqliyyat vasitəsində sürücü yeri və arxa görüntü güzgüləri yoxdur. Buna görə də avtobusu əl ilə idarə etmək mümkün deyil. Eyni zamanda salonda hər zaman texniki əməkdaş olacaq və o tələb edilən zaman əyləci basacaq. Mikroavtobus video müşahidə kameraları və yüksək reaksiya dərəcəsi olan xüsusi sensorlarla təchiz olunub və bu da maneələrin qarşısını almaq və müəyyən bir proqramla müəyyən edilmiş yerdə dayanmağa imkan verir. Yeni vasitə ilə gəzmək istəyənlər 1 yanvar 2019-cu ilədək WeChat sosial şəbəkəsindəki proqram vasitəsilə əvvəlcədən bir yer ayıra bilər. Nəqliyyat vasitəsində gəzmək pulsuz olacaq. Hazırda mikroavtobus 5 kilometrlik yolda saatda 15 kilometr sürətlə hərəkət edir. Mikroavtobus Baidu və King Long United Automotive Industry tərəfindən istehsal edilib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











