Avropa aeroportları terroristləri poliqraf vasitəsilə saxlamaq niyyətindədir

Avropanın hava limanları terroristləri təyyarəyə minənə kimi aşkar etmək məqsədilə sərnişinləri poliqraf (yalan detektoru) vasitəsilə yoxlayacaq. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, yeni texnologiya üzün mimikasını və yalan ifadələri aşkar edəcək, sərnişinin öz baqajı və səfərin məqsədi ilə bağlı suallara düzgün cavab verə bilib bilməyəcəyini müəyyənləşdirəcək. Yunanıstan, Macarıstan və Latviya yeni texnologiyanın altı ay ərzində tətbiq ediləcəyi ilk ölkələr olacaq. Avropa İttifaqı ölkələrinə üz tutan və bu ölkələrin vətəndaşı olmayan hər bir turist onlayn müraciəti dolduraraq viza, pasport və bank hesabını xüsusi sistemə yükləməlidir. Bundan sonra İBorderCtrl adlı robot-sərhədçi tərəfindən müsahibə alınacaq. Robot turistə sual verərək mimikasını və dediklərini analiz edəcək, onun yalan danışıb danışmadığını müəyyənləşdirəcək. Layihənin əlaqələndiricisi - Lüksemburqda yerləşən "European Dynamics" şirkətlər qrupunun təmsilçisi Corc Boultadakis qeyd edib ki, bundan sonra sərhəd yoxlamalarının yüksək səviyyədə aparılması üçün ən son texnologiyalardan və yeniliklərindən istifadə olunacaq.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










