Avtomobil güzgüləri vasitəsilə günəş enerjisinin hasilatı 40 faiz ucuzlaşdırılıb

Avstraliyalı alimlər günəş enerjisinin dəyərini 40 faiz azaltmağa imkan verən yüngül plastik güzgülər hazırlayıblar.
Avtosfer.az “New Atlas” nəşrinə istinadla xəbər verir ki, avtomobillər üçün nəzərdə tutulmuş texnologiya indi kənd təsərrüfatı və sənayedə torpağın emalı, taxılın qurudulması, suyun duzsuzlaşdırılması və digər proseslərdə xərclərin azaldılmasına, eləcə də karbon izi səviyyəsinin aşağı salınmasına kömək edəcək.
Cənubi Avstraliya Universitetində (UniSA) hazırlanmış yeni güzgülər adi şüşə güzgülərdən 50 faiz yüngüldür, onları qatlamaq mümkündür və xüsusi alüminium-silisium örtüyü sayəsində adi güzgülərdəki kimi yüksək əksetdirmə qabiliyyətinə malikdir. İşığı elektrik enerjisinə çevirən günəş panellərindən fərqli olaraq, qurğular Günəşin işığını deyil, onun istiliyini tutur. Daha sonra əksetdiricilər istilik qəbuledicisini qızdırır və bu qurğu günəş şüalarını birbaşa istilik enerjisinə çevirir.
Pilot layihə çərçivəsində hər biri 16 belə güzgüdən ibarət olan iki qurğu sınaqdan keçiriləcək. Testlər Charles Sturt Universitetinin şərabçılıqda innovativ texnologiyalar üzrə ixtisaslaşan “Vineyard of the Future” (Gələcəyin üzüm bağı) ərazisində aparılacaq. Texnologiyanın müəllifi Kolin Hol (Colin Hall) bildirib ki, bu həll karbon izi olmadan istilik istehsalı üçün real imkan yaradır.
Layihənin rəhbəri doktor Marta Ceyn qeyd edib ki, sənayedə istilik enerjisi dünya üzrə ümumi enerji istehlakının 25 faizini və CO₂ emissiyalarının 20 faizini təşkil etdiyindən, bu cür innovasiyalar ekoloji yüklənməni ciddi şəkildə azaltmaqla yanaşı, iqtisadi baxımdan da səmərəli ola bilər.
Daha əvvəl bənzər layihə Çində həyata keçirilmişdi. Belə ki, burada iki qüllə və konsentrik dairələr üzrə yerləşdirilmiş yüzlərlə hərəkətli güzgüdən ibarət sistem qurulmuşdu. Bu da istilik enerjisinin hasilatının səmərəliliyini 24 faiz artırmağa imkan vermişdi.
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











