Avtomobil sənayesini şoka salan, ekoloqları sevindirən qərar qəbul edildi

Avropa Komissiyası təzə avtomobillərin atmosferə buraxdığı karbon qazını 2030-cu ilə qədər əvvəl nəzərdə tutulan 37,5 faiz əvəzinə 50 faiz azaltmaq haqda qərar qəbul edib.
Bu hədəfə nail olmaq üçün bütövlükdə istehsalın strukturunun əhəmiyyətli dərəcədə dəyişdirilməsi lazım gələcək.
Aparıcı avtomobil istehsalçıları bu qərara görə şoka düşüblər, lakin Avropa İttifaqında ekoloji hərəkatın fəalları karbon qazı tullantılarının məhz 50 faiz azaldılmasını israrla tələb edirlər.
Avropa Komissiyası bu ambisiyalı planın təfsilatı barədə gələn həftə ictimaiyyətə, ilk növbədə, avtomobil sənayesinə məlumat verməlidir. Komissiyanın dərc olunmuş sənədində bildirilir ki, bu qərarın məqsədi həllinə artıq bu gün başlamaq mümkün olan problemləri Avropa sakinlərinin gələcək nəsillərinə miras qoymamaqdır. (AZƏRTAC)
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












