Avtomobillər üçün yeni texnologiya: oğurluğun qarşısı belə alınacaq - FOTO

Məşhur IT korporasiyası olan “Apple” avtomobilin şüşəsindəki mikroçatlaqları dərhal aşkar etməyə imkan verən texnologiyanı patentləşdirib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, “Apple” mütəxəssisləri elektrik ötürə bilən şəffaf keçiricilər hazırlayıb. Bu keçiricilərin köməyi ilə şüşələrdəki mikroçatları çərçivəyə quraşdırılmış xüsusi sensorlar vasitəsilə aşkar etmək olacaq.
Yeni texnologiya şüşənin istilik sistemini zədələnmələrdən qorumağa kömək edəcək. Belə ki, nəm və ya su çatlaq olan yerdən şüşənin istilik sisteminə nüfuz edərsə, sistem tez zamanda sıradan çıxa bilər.
Bundan əlavə, yeni texnologiya avtomobillərdən oğurluq hallarının da qarşısını almağa kömək edəcək.
Əgər elektrik keçirici şüşə zədələnərsə, mühərrik həmin an bloklanacaq. Həmçinin avtomobil sahibinin smartfonuna və polis əməkdaşlarına bildiriş göndəriləcək.
“Apple” bu faydalı cihazın kütləvi istehsal və satışını gələn ilin ikinci yarısında reallaşdırmağı planlayır.

Nərminə Əli
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












