Azərbaycan “Amazon” zirehli maşınları ala bilər – FOTO

Bu günlərdə Bakıda keçirilən “ADEX-2018” sərgisində zirehli maşınlar istehsal edən Türkiyənin “BMC Otomotiv Sanayi ve Ticaret A.Ş” şirkəti xüsusi fəallıq göstərir. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, BMC 1964-cü ildə “British Motor Corporation” şirkətinin Türkiyə filialı kimi fəaliyyətə başlayıb. Bakıdakı sərgidə BMC şirkəti modernləşdirilmiş əfsanəvi “Amazon”, eləcə də, “Kirpi” zirehli avtomobillərini nümayiş etdirib. “Amazon”un tam yüklənmiş halda çəkisi 12,5 tondur, yüksək manevrlilik qabiliyyəti olan pilotsuz şəxsi heyət daşıyıcısı yeddi nəfər üçün nəzərdə tutulub. 360 at gücü olan “Cummins ISB 360” dizel mühərrikindən və “Allison 3200 SP” avtomatik transmissiyasından istifadə olunub..
Zirehli texnikanın digər üstünlükləri avtomatik yanğınsöndürmə sistemi, təkərlərin deşilmədən qorunma sistemi və videomüşahidə kameraları ilə təchiz olunmasıdır. Şəxsi heyət daşıyıcısını açıq məkanda 5 km-ə qədər radiusda məsafəli şəkildə idarə etmək olur.
Eləcə də, Türkiyə şirkəti modernləşdirilmiş “Kirpi” zirehli avtomobillərini nümayiş etdirib. Bu zirehli avtomobilin tam yüklənmiş halda çəkisi 20 ton, şəxsi heyət daşıyıcısı 15 nəfərlikdir.
Hazırda BMC şirkəti bu zirehli texnikanın buraxılışı ilə bağlı problemləri aradan qaldırıb. Türkiyə ordusu üçün 468, Türkiyə jandarmı üçün 200, Tunis üçün 40, Türkmənistan üçün isə 10 zirehli avtomobil hazırlayıb.
Bundan başqa, şirkət “Kirpi” zirehli avtomobillərinin yeni sifarişlərini əldə edib. Türkiyə ordusu 329, Tunis 101, Qətər 40, Pakistan isə 100-dən çox avtomobil sifariş edib. Şirkətin beynəlxalq əlaqələr departamentinin direktoru Ahmet İnal deyib ki, “BMC Otomotiv” Türkiyədə zirehli maşın istehsalı və hazırlanması üzrə ən böyük müəssisə hesab edilir.
“Hər iki zirehli texnika Türkiyə ordusunun silahlanmasına daxil edilib. Gözlənilir ki, bu avtomobillər qardaş Azərbaycan ordusunda da silahlanmaya veriləcək”, - direktor bildirib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











