Azərbaycan Hərbi Hava Qüvvələri uçuş təlimləri keçirib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhə və ordu aviasiyasının döyüş atışlı taktiki-uçuş təlimləri keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi pilotların döyüş bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri praktiki atışlar icra ediblər.
Pilotlar hava hücumundan müdafiə vasitələrindən yayınaraq və ərazinin relyefindən istifadə edərək müxtəlif yüksəkliklərdə manevr etməklə şərti düşmənin döyüş mövqelərini bombardman ediblər. Bununla yanaşı, şərti düşmənin komanda və müşahidə məntəqələri, artilleriya atəş mövqeləri, müşahidə postları, habelə zirehli maşınlarını təqlid edən tək və qrup hədəfləri məhv edilib.
Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.
Namiq Musayev
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










