Azərbaycan konteyneryükləyici kran və elektrovozlar alıb - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC bu günlərdə yük daşımalarında istifadə olunacaq sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alıb, onlardan 2-si Azərbaycana gətirilib. QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, həmin elektrovozlar elektron sürətölçən və müasir dartqı mühərriki ilə təchiz edilib. Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, rəqabət gücünün artırılmasına təkan verir. Bu gün həm də Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunmuş "Valmet" markalı 45 tonluq konteyneryükləyici kran gətirilib.
Qeyd edək ki, bu il avqust ayının 3-dç Çin Xalq Respublikasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gəlibr. Gələcəkdə konteyner daşımalarının artması proqnozlaşdırılır. Məhz bu səbəbdən konteyner daşımalarında istifadə olunan texniki vasitələrin yenilənməsinə ehtiyac yaranıb.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












