Azərbaycanda istehsal olunan dronlara xaricdən ilk sifarişlər alınıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında istehsal edilən dronlarla (pilotsuz uçuş aparatı) bağlı ilk dəfə olaraq artıq xarici ölkələrdən də sifarişlər alınıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bunu AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev söyləyib. Onun sözlərinə görə, Azərbaycanda həm mülki, həm də ölkənin hərbi qüdrətini artırmaq məqsədilə müxtəlif növ dronlar istehsal olunur. Bu dronlar həm keyfiyyətinə, həm də parametrlərinə görə xaricdən alınan dronlardan yüksəkdir, unikal sistemlərdir. Artıq Azərbaycanda istehsalı olunan dronlar ölkə bazarı üçün deyil, həmçinin xarici bazarlar üçün də əhəmiyyətlidir.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan AMEA-nın Yüksək Texnologiyalar Parkı elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











