Azərbaycanda ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq edildi

Azərbaycanda ödənişsiz VPN (Virtual Private Network - Virtual Özəl Şəbəkə) xidmətləri istifadəçilərin şəxsi məlumatlarının satışı ilə gəlir əldə edir.
Bu barədə İnnovasiya Agentliyinin məlumatında deyilir.
Qeyd olunub ki, bu tipli şirkətlərin çoxunun məqsədi təhlükəsizlik və məlumatlarınızın qorunması deyil, "pulsuz" xidmət vasitəsi ilə mümkün qədər çox istifadəçi cəlb edib, onların şəxsi məlumatlarını satmaqdır. VPN texnologiyası vasitəsi ilə internetə çıxış aralıq server vasitəsilə həyata keçirilir.
"Ödənişsiz VPN-lərin 72 %-i sizin məlumatlarınızı 3-cü tərəflərə ötürür. Yəni daxil olduğunuz saytlar, yazdığınız mesajlar - hər bir məlumat 3-cü şəxslərə əlçatan olur. Bu məlumatlar analiz üçün, ödəniş və digər məxfi məlumatların oğurlanması üçün istifadə oluna bilər. Ödənişsiz VPN-lərin 38%-i zərərverici proqram daşıyıcısıdırlar", - məlumatda bildirilir.
Əlavə olaraq bildirilib ki, ödənişsiz VPN-lər üzərindən gələn trafik dəyişdirilərək istifadəçi cihazına istənilən zərərli proqram təminatı və arzuolunmaz reklam yerləşdirilə bilər. Məhz buna görə onlardan istifadə etmək tövsiyə olunmur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











