Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi fəaliyyətə başladı

“Vertolyoti Rossii” hondinqi ilə Azərbaycanın “Silk Way Helicopter Services” şirkəti Rusiya helikopterləri üçün servis mərkəzində birgə fəaliyyətə başlayıb. Artıq briqada ilk Mi-8AMT helikoterini təmir edib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “RİA Novosti”yə açıqlamasında “Vertolyoti Rossii” şirkətinin satış sonrası servis üzrə baş direktorunun müavini İqor Çeçikov məlumat verib. “Biz planlı əsasla çalışırıq. Bu il iyun ayında “Silk Way”lə birgə olaraq onlara məxsus bir helikopteri təmir etmişik, indi də ikincisinin təmiri gündəmdədir. Yəni mərhələli şəkildə istehsal gücümüz və təmir ehtiyatlarımız artırılır”, - Çeçikov “ADEX-2018” sərgisində deyib. O əlavə edib ki, hazırda işçi heyətinə təlim keçirilir və yeni avadanlıq gətiriləcək. İki ilə əvvəl baş tutan “ADEX-2016” sərgisində “Vertolyoti Rossii” ilə “Silk Way Helicopter Services” şirkətinin rəhbəri Azər Sultanov arasında Azərbaycan ərazisində Rusiyaya məxsus Mİ8/18 mülki helikopterlərinin təmiri üçün servis mərkəzinin yaradılması ilə bağlı saziş imzalanıb. “ADEX-2018” sərgisi sentyabrın 25-dən 27-dək Bakıda keçirilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











