Azərbaycanda sabahdan VPN-lər bağlana bilər - AÇIQLAMA

Mövcud müharibə səbəbi ilə bağlı ölkədə internetin verilməsində, sosial şəbəkələrə girişdə məhdudiyyətlər olduğu məlumdur. Amma VPN tətbiqindən istifadə etməklə sosial şəbəkələrdən istifadə etmək mümkündür.
Ermənilərin təxribat xarakterli paylaşımlarının azərbaycan xalqında ruh düşkünlüyü yaratmaması üçün nə etmək olar? VPN-dən istifadə məhdudlaşdırıla bilərmi?
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən verilən açıqlama deyilib:
"VPN- lə bağlı tərəfimizdən maarifləndirici məzmunlu mətnlər kifayət qədər paylaşılıb. Bu mövzuda insanlar özləri də məsuliyyətli olmalıdırlar. Bildiyimiz kimi, ölkəmizdə hərbi vəziyyətdir və bu vəziyyətdə hər bir şəxs vətəndaş borcunu yerinə yetirməlidir. Düşmən bugün cəbhədə uduzduğu üçün istənilən təxribatı etməyə fürsət axtarır. Bu baxımdan ən əl çatan yol da kiber mühitdir. Kiber mühitdə hər bir insan bir fərd kimi özünü qorusa, müvafiq qurumların informasiyalarına istinad edib ona uyğun davransa, təxribatın qarşısı müəyyən qədər alınmış olar. VPN-ləri öz telefonlarımıza yükləməsək, qarşı tərəf bizə məxsus informasiyalara nail ola bilməyəcək.
İnsanları sosial şəbəkələrdə yayılan, rəsmi olmayan məlumatlara inanmamağa çağırırıq. Çünki bugün ölkəmiz informasiya alınması baxımından məhdudlaşdırılmayıb. Müəyyən kütləvi informasiya vasitələri və media qurumları tərəfindən kifayət qədər, lazımi informasiyalar cəmiyyətə ötürülür”.
Qeyd edək ki, bir çox VPN proqramları pulludur. Hazırda istifadə etdiyimiz VPN-lər isə 20-30 gün müddətinə pulsuz verilir. Nəzərə alsaq ki, ölkəmizdə sentyabrın 27-dən internetə giriş məhdudlaşdırılıb və bu müddətdən pulsuz VPN istifadə edənlər üçün sabahdan etibarən sistem bağlana bilər.
Nərminə
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











