Azərbaycanda yük gəmisi əsaslı təmir edilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC “Mahmud Rəhimov” quru yük gəmisini əsaslı təmirdən sonra istismara verib. Avtosfer.az-ın QSC-yə istinadən verdiyi məlumata görə, “Zığ” gəmi təmiri zavodunda may ayından aparılan təmir işləri zamanı xeyli iş görülüb. Belə ki, 4100 ton yükgötürmə qabiliyyətinə malik gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub və yeni avadanlıqlar, mebellə təchiz edilib. “Mahmud Rəhimov”un gövdəsində, göyərtələrində, yük anbarlarında və bir sıra digər sahələrində korroziyaya uğramış metal təbəqələr dəyişdirilib, baş və köməkçi mexanizmləri, əsas və yardımçı sükan qurğuları, xilasetmə vasitələri, ballast, hava, su, yanğınsöndürmə, yağ və yanacaq sistemləri əsaslı təmir olunub. Həmçinin gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generatorları, radionaviqasiya cihazları, kabel xətləri yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib.
Qeyd edək ki, “Mahmud Rəhimov” quru yük gəmisi Xəzər hövzəsində yükdaşımalara cəlb ediləcək.
Fidan
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











