Azərbaycanın dövlət rabitə operatoru magistral xətt şəbəkəsini yeniləyir

Azərbaycanın dövlət rabitə operatoru "Aztelekom" MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərini davam etdirir.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir. Layihə nəticəsində regionlara ötürülən trafikin həcmi dəfələrlə artırılıb.
Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və çeşidlərin artırılması ilə bağlı hazırlanan layihələr əsasında hazırda 4 regionda şəbəkənin yenidənqurma işləri aparılır. Növbəti mərhələdə 6 regionda müvafiq işlərin görülməsi planlaşdırılır.
"Aztelekom"un xidməti ərazilərində kabelləşdirilməsi çətin olan, dağlıq relyefdə yerləşən yaşayış məskənləri mövcuddur. Bu ərazilərdə xidmətlərə əlçatanlığı təmin etmək üçün 4G texnologiyalarından istifadə etməklə şəbəkə qurulur.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












