Azı 100 min ilə nəzərdə tutulan nüvə yanacağı anbarı tikilir

İsveçin Söderviken rayonunda, Forsmark AES-in yaxınlığında nüvə yanacağının emalı üçün nəzərdə tutulan unikal yeraltı anbarın tikintisinə başlanılır.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəyəri 12 milyard kron (1,08 milyard ABŞ dolları) olan layihə azı 100 min il üçün nəzərdə tutulan və gələcəkdə baş verə biləcək Buz dövrlərində belə davam gətirəcək dünyanın ilk analoji obyekti olacaq.
Layihə nüvə yanacağının saxlanması və utilizasiyası ilə məşğul olan “Svensk Kärnbränslehantering AB” (SKB) şirkəti tərəfindən həyata keçirilir. Aparılan işlər nüvə tullantılarının təhlükəsiz saxlanması üçün qlobal standarta çevrilmiş KBS-3 texnologiyasının inkişafına səbəb olan 40 illik tədqiqatın nəticəsidir.
SKB-nin kommunikasiyalar üzrə direktoru Anna Poreliusun sözlərinə görə, layihə Söderviken bölgəsinin biomüxtəlifliyini qoruyan təkcə mühəndislik deyil, həm də ekoloji tədbirləri özündə birləşdirir. Konkret olaraq, nadir suda-quruda yaşayan heyvanların və bitkilərin növləri yeni yaşayış yerlərinə köçürülür, tikinti işləri quşların yuvalama dövrləri ilə əlaqələndirilir.
Sahənin hazırlanması üçün meşələr təmizlənir, torpaq sabit hala gətirilir, quyuların möhürlənməsi aparılır. Qaya kütləsi 1988-ci ildən Forsmarkda fəaliyyət göstərən bitişik radioaktiv tullantı anbarından əldə edilir.
İsveç layihəni artıq oxşar texnologiyanı tətbiq edən Finlandiya ilə paralel həyata keçirir.
Söderviken anbarı nüvə enerjisi tarixində ən iddialı layihələrdən biri, habelə yüz minlərlə il ərzində gələcək nəsillərin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş obyekt olacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











