Bakıda 6 min manata velosiped satılır - VİDEO

Bakının bəzi mağazalarında yüksək qiymətə velosipedlər satılır. Mağazalarda 6 min manatdan da baha velosipedlər təklif edilir. Çəkiliş apardığımız mağazada satılan velosipedlərdən birinin qiyməti 6 min manatdan yuxarıdır. Bildirilir ki, bu elektro velosipeddir. Bununla saatda 25 km sürətə qədər hərəkət etmək mümkündür. Digər bir velosipedin qiyməti isə 5334 manatdır. Bu velosiped əsasən yarışda istifadə edilməsi üçün nəzərdə tutulub. Satıcılar deyirlər ki, qiymətləri yüksək olan velosipedlərin bir sıra üstünlükləri var. Onlar velosiped alarkən diqqətli olmağı da tövsiyə edirlər. Əks halda yanlış seçim sizi əlavə maddi ziyana sala bilər. Həmçinin satıcılar bildirir ki, Avropa istehsalı olan velosipedlər daha keyfiyyətli hesab edilir. Qeyd edək ki, velosipedlər ölkəmizə əsasən Polşa, Almaniya, Amerika, İtaliya və Çindən gətirilir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










