Bakıda işıqforların vaxtı dəyişdiriləcək

Yaxın vaxtlarda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi gücləndirilmiş iş rejiminə keçəcək. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib. O bildirib ki, təmsil etdiyi Mərkəzin 24 saat işləməsinə baxmayaraq, qış mövsümünə keçidlə əlaqədar nəzarət daha da güclənəcək: “Yəqin ki, buna noyabr ayından başlayacağıq. Onsuz da bizim qurum şəhər, küçə və prospektlərə 24 saat nəzarət edir. Buna baxmayaraq, havanın tez qaralması, yaxud əhalinin iş saatı ilə bağlı avtomobillərin sıxlığını nəzərə alaraq, işıqforların vaxt planına müəyyən dəyişikliklər edilə bilər”.
Ş.Mehmanqızı qeyd edib ki, hansı küçələrdəki işıqforlarda dəyişikliklərin olacağı gələn həftə bilinəcək: “İşıqforların vaxt planının dəyişdirilməsi ilə bağlı araşdırmalar aparılır. Hazırda siyahı hazırlanır. Siyahı məlum olduqdan sonra konkret işlərə başlanılacaq”.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












