Bakının ən hündür binası o olacaq - 323 metr
Texnologiya
4 Fevral 2026 23:33

“Sea Breeze” kurort şəhərciyində ölkənin ən hündür göydələni inşa olunacaq.
Avtosfer.az-ın məlumatına görə, “Cipriani Tower” adlanan yeni qüllə Xəzər dənizi sahilində salınan “Halfmoon” adasında yerləşəcək.
323 metr hündürlüyə malik olacaq bina tamamlandıqdan sonra Azərbaycanın ən hündür tikilisi statusunu qazanacaq. Qüllənin memarlıq konsepsiyası dünyaca tanınmış memar Shaun Killa tərəfindən hazırlanıb.
Xatırladaq ki, hazırda ölkədə ən hündür bina Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilmiş 52 mərtəbəli tikilidir. Sözügedən bina istifadəyə verildikdən sonra 33 mərtəbəli “Flame Towers” kompleksini geridə qoyaraq lider mövqeyə yüksəlmişdi. (milli.az)
Oxunub : 1172
DİGƏR XƏBƏRLƏR
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
31 May 2026 15:28
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
28 Aprel 2026 23:24
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
9 Aprel 2026 13:11
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
8 Aprel 2026 14:41
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
17 Mart 2026 13:18
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
26 Yanvar 2026 08:00
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
ŞƏRH YAZ










