"Bayraqdar" dünya aviasiya tarixində ilkə imza atdı - VİDEO

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli imkanlarla istehsal olunan “Bayraqdar TB3” yeni nəsil silahlı pilotsuz uçuş aparatı (SİHA) qardaş ölkənin digər milli istehsalı olan “TCG Anadolu” hərbi amfibiya gəmisi üzərindən ilk uçuş testini uğurla başa vurub. Bununla da “Bayraqdar TB3” dünya aviasiya tarixində SİHA olaraq ilk dəfə qısa uçuş-enmə zolağına malik dəniz vasitəsində qalxış və enmə manevrini uğurla həyata keçirə bilib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, “Bayraqdar TB3” indiyə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 700 saatdan çox havada qalıb. Türkiyənin milli SİHA-sı ötən il dekabrın 20-də həyata keçirilən uzun uçuş testində isə yerə enmədən 32 saat havada qalaraq 5700 kilometr məsafə qət edib.
“Bayraqdar TB3” bu ilin mart ayında Türkiyənin texnologiya nəhənglərindən “Aselsan” tərəfindən yerli imkanlarla təkmilləşdirilən, dünyadakı müvafiq sistemlərə nisbətən ən yüksək performansa sahib “ASELFLIR-500” Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəfləmə Sistemi ilə təchiz edilib.
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











